Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98520
az

Belçika və İspaniyanın açıqlamaları İsraildə qalmaqala səbəb olub

21:4724 Noyabr, 2023
151
DÜNYA
  • A

Belçika və İspaniyanın İsraildəki səfirləri bu ölkələrin baş nazirləri Aleksandr De Kru və Pedro Sançesin Misir və Qəzza zolağı sərhədindəki Rəfah keçid məntəqəsi yaxınlığında birgə çıxışından sonra Yəhudi dövlətinin Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Oxu24.com   xəbər  verir  ki,bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


“İspaniya və Belçika baş nazirlərinin Rəfahdakı bəyanatları ilə əlaqədar İsrailin xarici işlər naziri Eli Koen bu ölkələrin səfirlərinin sərt etirazlarını bildirmək üçün Xarici İşlər Nazirliyinə çağırılmasını əmr edib”, - deyə məlumatda bildirilir.

“The Times of Israel” qəzeti yazır ki, De Croo və Sanchez daha əvvəl Qəzzada saxlanılan girovların getməli olduğu Rəfah keçid məntəqəsinə baş çəkib və orada birgə bəyanat yayaraq Fələstin anklavında daimi atəşkəs elan ediblər.

“Biz İspaniya və Belçikanın baş nazirlərinin terrorizmə arxa külək yaradan yalançı bəyanatlarını pisləyirik. İsrail beynəlxalq hüquqa uyğun hərəkət edir və müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törədən İŞİD-dən daha betər ölümcül terror təşkilatı ilə mübarizə aparır”, - deyə Koen Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən sitat gətirib.

“Biz atəşkəsdən sonra Qəzza zolağında HƏMAS hökmranlığı aradan qaldırılana və oğurlananların hamısı azad edilənə qədər döyüşləri bərpa edəcəyik”, - deyə nazir əlavə edib.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zelenski Qərbi silah tədarükünü ləngitməkdə ittiham edib
Ukraynada iki hərbi komissar həbs edilib
Lukaşenko Putinlə heç bir fikir ayrılığı olmadığını bəyan edib

Almaniyada qədim slavyanların qeyri-adi dəfn yeri tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Bakıda mağazadan 1100 manatlıq spirtli içki oğurlanıb