Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98506
az

Moldova Rusiya kəşfiyyat xidmətləri ilə əməkdaşlıqdan imtina edib

19:4124 Noyabr, 2023
236
  • A

Moldova parlamenti respublikanın İnformasiya və Təhlükəsizlik Xidməti (İSS) ilə Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) və Federal Təhlükəsizlik Xidməti (FSB) arasında əməkdaşlıq haqqında sazişə xitam verib.

 

Oxu24.com  xəbər  verir  ki,müvafiq qərar idarənin rəsmi internet saytında yayımlanan iclasında təsdiq edilib.

 

“Moldova Respublikası ilə Rusiya Federasiyası arasında informasiya fəaliyyəti sahəsində əməkdaşlıq haqqında 1994-cü il aprelin 18-də Kişinyovda bağlanmış saziş ləğv edilsin”, - respublika parlamentinin qərarında deyilir.

 

Moldova İSS-i aydınlaşdırıb ki, onlar rusiyalı həmkarları ilə əməkdaşlığı dayandırırlar, çünki bu sazişlər artıq respublikanın “milli maraqlarına və təhlükəsizlik maraqlarına” uyğun gəlmir.

 

Ölkənin kəşfiyyat xidmətinin məlumatına görə, Moskva onlardan “Rusiya xüsusi xidmət orqanlarının nümayəndələrinin Dnestryanıda olmasına haqq qazandırmaq” üçün istifadə edib.

 

İyul ayında Moldovanın İnformasiya və Təhlükəsizlik Xidməti (İSS) Rusiya FSB ilə tərəfdaşlıq müqaviləsini ləğv edib.

 

Bundan əvvəl Moldova parlamenti ölkədə 2021-ci ilin sonundan etibarən qüvvədə olan fövqəladə vəziyyətin müddətini dəqiqləşdirib.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ Venesueladan neft idxalına ehtiyac olmadığını bildirib
Reuters: Qəzadan sonra Vaşinqton hava limanı yaxınlığında helikopter uçuşları məhdudlaşdırılıb
Nazir Fidan Lavrovla görüşüb

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi