Almaniyadan daha bir Patriot hava hücumundan müdafiə sistemi bu qış Ukraynada yerləşdiriləcək.
Oxu24.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Almaniyanın Ukraynadakı səfiri Martin Yaqer məlumat verib.
O, ölkəsinin qarşıdan gələn qışın Ukrayna üçün xüsusilə çətin keçəcəyindən narahatlığını ifadə edib. Bununla bağlı Almaniya qışda Ukraynanın enerji infrastrukturunun qorunması üçün vəsait ayırıb.
“Qışda vəziyyət çox çətin ola bilər. Ukrayna tərəfi bu vəziyyətə hazırlaşmaq üçün əlindən gələni etdi və biz də hazırlıqlara kömək etdik. Artıq hava hücumundan müdafiəyə dəstəyimizdən danışmışam. Sözügedən IRIS-T sistemlərindən əlavə, qışda burada Almaniyadan daha bir Patriot sistemi yerləşdiriləcək”, - deyə Martin Jager müsahibəsində bildirib.
Oktyabrın əvvəlində Qranadada Avropa Siyasi Birliyinin sammiti baş tutdu. Danışıqlar nəticəsində məlum olub ki, İspaniya Ukraynaya 6 “Hawk” buraxılış qurğusu verəcək, Almaniya isə əlavə “Patriot” sisteminin ötürülməsi məsələsini öyrənir.
Böyük Britaniya hökuməti də böyük bir qış yardım paketi elan etdi.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR