Vladimir Zelenski iki fərmanla əsasən Rusiya Federasiyasından olan 303 şirkət və 147 fiziki şəxsə qarşı sanksiya tətbiq edib.
Oxu24.com xəbər verir ki,Kiyevin qarşı məhdudiyyətlər tətbiq etdiyi şəxslər arasında hərbçilər, məmurlar, biznes nümayəndələri və media var.
Bundan əlavə, Ukraynanın sanksiyalar siyahısına aviasiya sektorunda fəaliyyət göstərən təşkilatlar, habelə tikinti və sənaye şirkətləri, o cümlədən Rusiya Federasiyasından kənarda qeydiyyatdan keçmiş şirkətlər daxil edilib.
İyunun 11-də Zelenskinin 178 nəfərə qarşı sanksiya tətbiq edilməsi haqqında fərman imzaladığı bildirilib.
Bu ilin aprelində Kiyev Rusiya Federasiyasından olan 225 təşkilata və 33 Rusiya vətəndaşına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR