Qəzza zolağında hərbi əməliyyatlarda qarşıdan gələn fasilə qısa olacaq. Bundan sonra İsrail anklavda əməliyyatları bərpa edəcək.
Oxu24.com xəbər verir ki,yəhudi dövlətinin Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant bildirib.
Onun sözlərini The Times of Israel nəşri sitat gətirir.
Qalant onu da əlavə edib ki, Qəzzada hərbi əməliyyat ən azı iki ay davam edəcək.
"Yaxın günlərdə biz ilk dəfə girovların azad edilməsinin şahidi olacağıq. Döyüşlərdəki bu fasilə uzun sürməyəcək", - deyə İsrail Müdafiə Nazirliyinin rəhbəri bildirib.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR