Vatikanın dövlət katibi kardinal Pietro Parolin bildirib ki, Müqəddəs Taxt-tac Vladimir Putinin Rusiyanın Ukraynadakı münaqişəni dayandırmaq istəyi ilə bağlı sözlərinə inanmaq istəyir.
Oxu24.com xəbər verir ki,onun sözlərini TASS sitat gətirir.
“Ümid edirəm ki, etibarlıdır, hamımız buna ümid edirik”, - kardinal jurnalistlərin Rusiya prezidentinə etibar edilə biləcəyi ilə bağlı sualını cavablandırarkən deyib.
Bir gün əvvəl G20 sammiti zamanı Vladimir Putin bildirib ki, Rusiya heç vaxt Ukrayna ilə sülh danışıqlarından imtina etməyib.
“Əlbəttə, bu faciəni necə dayandırmaq barədə düşünməliyik. Yeri gəlmişkən, Rusiya heç vaxt Ukrayna ilə sülh danışıqlarından imtina etməyib, Rusiya deyil, Ukrayna danışıqlar prosesindən çıxdığını açıq şəkildə bəyan edib. Üstəlik, Rusiya ilə belə danışıqları qadağan edən fərman, dövlət başçısının fərmanı imzalanıb”, - Rusiya lideri bildirib.
Rusiya prezidenti həmçinin Ukrayna faciəsi barədə düşünməyə çağırıb.
Bundan əvvəl Şolz Putini qoşunları Ukraynadan çıxarmağa çağırıb.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR