Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98452
az

İnterpol tərəfindən axtarışda olan rusiyalı Tailandda saxlanılıb

21:5023 Noyabr, 2023
159
DÜNYA
  • A

Tailand sərhəd polisi altı əcnəbini saxlayıb, onların arasında İnterpol tərəfindən axtarışda olan bir rus da var.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə “The Bangkok Post” qəzeti İmmiqrasiya Bürosunun komissar müavini, general-mayor Pantan Nuçanarta istinadən məlumat yayıb.

 

“Altı xarici vətəndaş - dörd Pakistanlı, biri İtaliyalı və bir Rusiyalı üç ayrı iş üzrə həbs edilib”, materialda deyilir.

 

İmmiqrasiya Bürosunun məlumatına görə, o, 32 yaşlı Rusiya Federasiyası vətəndaşı olub. Kişi Tayland və Malayziya sərhədində yerləşən Sapun əyalətində viza müddətini keçdiyi üçün saxlanılıb.

Yoxlama zamanı məlum olub ki, ona Beynəlxalq Kriminal Polis Təşkilatı tərəfindən “qırmızı xəbərdarlıq” verilib. Nəşrdə qeyd edildiyi kimi, 2008-2023-cü illərdə saxlanılan Rusiya Federasiyası vətəndaşı Moskvada qanunsuz pul əməliyyatları ilə məşğul olan cinayətkar qrupun üzvü olub.

Bundan əvvəl İnterpol tərəfindən axtarışda olan rusiyalı Moldovada sərhədi keçmək istəyərkən saxlanılıb.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Belqorod vilayəti üzərində Ukraynaya məxsus raket məhv edilib
Şolz Rəfahda tammiqyaslı quru əməliyyatından danışıb
Rusiya və Şimali Koreya SSRİ-dən sonra ilk dəfə turist mübadiləsi aparıblar

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO