Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98399
az

Moldova hərbi xidmətdən qaçan əsgərləri Ukraynaya təhvil verməyəcək

19:1522 Noyabr, 2023
201
DÜNYA
  • A

Moldova xarici işlər nazirinin kommunikasiyalar üzrə müşaviri İqor Zaxarova bildirib ki, Kişinyov hərbi yaşda olan qaçqınları Ukraynaya təhvil verməyib və verməyi planlaşdırmır.

Bundan əlavə, Kiyev belə bir tələblə çıxış etməyib.

Oxu24.com xəbər  verir  ki, Moldova Radiosunda XİN nümayəndəsi qeyd edib.

“Bu günə qədər Ukraynaya hərbi yaş həddinə çatmış və ya yaxın gələcəkdə çatacaq bir nəfər də olsun vətəndaş təhvil verilməyib və verilməyəcək. Bizdə belə hallar olmayıb və Ukrayna tərəfi bu vətəndaşların ekstradisiyası ilə bağlı müraciət etməyib”, - Zaxarova bildirib.

O xatırladıb ki, ölkələr arasında hərbi yaşda olan vətəndaşların ekstradisiyası ilə bağlı heç bir razılaşma yoxdur.

Bundan əvvəl səfərbərlikdən qaçan altı ukraynalı Moldova sərhədini qanunsuz keçərək yerli hakimiyyət orqanlarından sığınacaq istəyib.

Bildirilir ki, 5 nəfər sərhədçilər tərəfindən Tokuz kəndi yaxınlığında, daha biri isə Seits kəndi yaxınlığında yaxalanıb. Qaçqınlar cəbhə bölgəsinə göndərilməmək ümidi ilə vətənlərini qeyri-qanuni tərk etdiklərini bildiriblər. Tutulduqdan sonra onlar Miqrant İşləri üzrə Baş Müfəttişliyə göndərilib, indi ukraynalıların taleyi Moldova hakimiyyətinin əlindədir.

Bundan əvvəl Moldovada Ukraynadan olan qaçqınlar üçün müvəqqəti yerləşdirmə mərkəzləri bağlanmağa başlayıb.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Parisdə Fransanın müstəmləkəçilik siyasətinə qarşı aksiya keçirilib
Türkiyənin Suriyadakı səfirliyi 12 ildən sonra fəaliyyətini bərpa edib
Macarıstanın Parisdəki səfirliyində terror aktı təhdidi barədə axtarışlara başlanılıb

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu