Rusiya prezidenti Vladimir Putin onlayn rejimdə keçirilən G20 liderlərinin sammitində iştirak edir.
Oxu24.com xəbər verir ki,bu barədə TASS məlumat yayıb.
Agentlik qeyd edir ki, Putin sammitə Kremldən videobağlantı vasitəsilə qoşulub.
Hindistanın baş naziri Narendra Modi hazırda çıxış edir.
Sammitin gündəliyinə qlobal iqtisadiyyat və maliyyədəki vəziyyət, iqlim problemləri və rəqəmsallaşma məsələləri daxildir.
Bundan əlavə, Hindistanın 2023-cü ildə kluba sədrliyinin nəticələrinə yekun vurulacaq.
Noyabrın 22-də Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin G20 sammitinin iştirakçıları ilə videokonfrans vasitəsilə ikitərəfli danışıqları planlaşdırmır.
Noyabrın 23-də Rusiya Federasiyasının prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Belarusun paytaxtı Minskdə keçiriləcək sammitində iştirak edəcək.
Bundan əvvəl Dövlət Duması bəyan etmişdi ki, Putin BCM-nin Roma Əsasnaməsinin ratifikasiyası ilə əlaqədar Ermənistana gedə bilməyəcək.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR