Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98353
az

ŞƏHİD HACIYEV ZAMİQ ELDAR OĞLUNUN DOĞUM GÜNÜDÜR

10:0522 Noyabr, 2023
147
CƏMİYYƏT
  • A

Bu gün Şəhid  Zamiq Hacıyevin doğum günüdür.

Oxu24.com şəhid haqda məlumatı təqdim edir:

Zamiq Eldar oğlu Hacıyev 1983-cü il noyabrın 22-də Beyləqan şəhərində anadan olub. 1990 -cı ildə akademik M.Mehdizadə adına şəhər 3 nömrəli tam orta məktəbinə daxil olub,1999-cu ildə ümumi orta təhsilini başa vurub.

Azərbaycan Ordusunun baş çavuşu olan Zamiq Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Hadrut qəsəbəsinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zamiq Hacıyev oktyabrın 29-da Xocavənd döyüşləri zamanı Tuğ istiqamətində şəhid olub. Beyləqan şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, habelə Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Zamiq Hacıyev ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 ildən sonra Laçında ikinci dəfə toy çalındı - FOTO
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub
Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO