Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98352
az

XƏBƏRDARLIQ! Bu rayonlarda 3 gün qaz olmayacaq

09:4822 Noyabr, 2023
210
REDAKTORUN SEÇİMİ
  • A

Bu gün Ağdaş və Göyçay rayonlarının bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

 

Oxu24.com  bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

 

Məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” I xətt yüksək təzyiqli magistral qaz kəmərinin 162,4-cü km-də və 147,5-ci km-də görüləcək təmir işləri ilə əlaqədar “Şəmsəbad 2-ci xətt” və “Göyçay-3” ölçü qovşaqlarından noyabrın 22-də saat 09:00-dan üç gün müddətində qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə (noyabrın 22-24-də) Ağdaş rayon mərkəzi daxil olmaqla rayonun Kükəl, Hüşün, Ərəb, Aral-1, Aral-2, Xosrov, Şəmsabad, Tofiqi, Qarağan Sədi, Qarağan Şıxlar, Əmirmahmud, Bulaqotağı, Yuxarı Qəsil, Aşağı Qəsil, Orta Qəsil, Gülbəndə, Bəylik, Şordəhnə, Qarağan Saatlı və Sadavat kəndlərinin, həmçinin Göyçay rayonunun Mirzəhüseynli, Ərəbcəbirli, Şəhadət, Qarabağlar, Hüngütlü, Mallı-Şıxlı, Xəlitli, Çərəcə, Müskürlü, Qəbələ-Müskürlü, Yeniarx, Çərəkə, Şıxlar və Ərəbşahverdi kəndlərinin qaz təchizatında fasilə yaranacaq.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə tərəfi Rəisinin helikopteri ilə bağlı sensassion açıqlama YAYDI
DİN vətəndaşlara çağırış edir: Diqqətli olun!
Rəisinin həlak olduğu helikopter qəzası necə olub? - Mühəndis Pilot DANIŞDI - VİDEO