"Fransa özünü insan haqlarının "vətən"i hesab edir və humanist mesajlar verməyə çalışır. Lakin insan hüquqları, qadın haqları onları qətiyyən maraqlandırmır"
OXU24.COM xəbər verir ki, bunu Sankt Peterburq Universitetinin tədqiqatçısı Alekset Yreviç noyabrın 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, Fransa tematik çağırışlar edir, xüsusən də Afrika ilə bağlı:
"Amma sual edilməlidir ki, bu çağırışlar reallığı əks etdirirmi? Yelisey Sarayı Afrika ölkələrinin zənginliklərinin əllərindən alınması siyasətini yerinə yetirirdi. Lakin hələ də buna görə üzr istənilməyib. Sadəcə şirkətlərin maraqları önə çəkilib. Afrika ölkələrinə qarşı aparılan bu siyasət nəticəsində sosial problemlər hələ də qalmaqdadır. Bu da qadınların vəziyyətini daha da çətinləşdirir. Fransa iddia edir ki, ölkəsində gender bərabərliyi təmin edilir, lakin Fransa cəmiyyətinin özündə hər kəs bu düşüncədə deyil. Ölkənin 88 faizi düşünür ki, gender bərabərliyinə riayət edilmir. Çünki qəbul edilən qanunlar yetərli deyil. İş adamları, məmurlar tərəfindən qadınlara qarşı nifrət aşılanır. Fransanın neokolonist siyasətindən çox danışmaq olar. Onların bəyanatlarına inanmamaq lazımdır. Bu, onların çirkli niyyətlərini örtmək məqsədi daşıyır. Fransa başqasına dərs verməkdənsə, özü dərs almalıdır".
Oxu24.com
ŞƏRHLƏR