Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98297
az

Xəstəxanın altında uzun tunel tapıldı: Görün nə üçün imiş +VİDEO

15:0521 Noyabr, 2023
358
  • A

İsrailin keçmiş baş naziri Ehud Barak bildirib ki, Qəzza zolağında Əl-Şifa xəstəxanasının altındakı tunellər on illər əvvəl İsrail işçiləri tərəfindən inşa edilib.

 

Oxu24.com xəbər  verir  ki,onun sözlərini CNN yayıb.

 

O xatırladıb ki, İsrail on illər əvvəl əraziyə nəzarət edib.

 

"Biz onlara bu kompleksin çox məhdud ölçüsündə xəstəxananın işləməsi üçün daha çox yer təmin etmək üçün bunkerləri tikməyə kömək etdik", deyə  Barak  bildirib.

 

Bundan əvvəl İsrail hərbçiləri Qəzza zolağındakı ən böyük xəstəxana olan Əl-Şifanın altında 55 metrlik tunel aşkarlandığını açıqlamışdı.

 

Tunel birbaşa tibb kompleksinin altında yerləşib. Tunelin içərisinə  pilləkən vasitəsilə daxil olmaq olardı, onun sonunda partlayışlardan qoruyan xüsusi bir qapı var idi.

 

İDF tunelin HƏMAS-ın komanda mərkəzlərinə və yeraltı obyektlərinə daxil olmaq üçün istifadə edildiyini ehtimal edir.

 

Borrell daha əvvəl HƏMAS-ın yeraltı tunellərinin mövcudluğundan əmin olmadığını etiraf etmişdi.

 

 

Müəlif:Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İnfarktın başladığını göstərən 7 VACİB ƏLAMƏT
Onların maaşı 40 faiz artdı
Əhali ən çox bu internet provayderindən şikayət edir

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı