Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98284
az

Heç bir sənəd təqdim etmədən “SİMA İmza” ilə kreditini rəsmiləşdir!

11:1420 Noyabr, 2023
96
  • A

Heç bir sənəd təqdim etmədən “SİMA İmza” ilə kreditini rəsmiləşdir!

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imza maliyyə qurumları üzrə tərəfdaş çevrəsini genişləndirməyə davam edir.

SİMA rəqəmsal imzanın yeni tərəfdaşı kredit proseslərini tam avtomatlaşdıran onlayn “OnePoint” startapı olub.

 

“SİMA İmza”nın “OnePoint”ə inteqrasiyası nəticəsində kredit üçün müraciət edən şəxslər qısa müddətdə pulu birbaşa plastik karta köçürə biləcəklər. Kredit müraciəti edən vətəndaşların şəxsiyyət vəsiqəsi, iş yeri, kredit tarixçəsi və s. kimi məlumatlarının təsdiqlənməsi SİMA rəqəmsal imza ilə mümkün olduğundan hər hansı kağız sənəd təqdim etməyə ehtiyac qalmayacaq. Belə ki, skorinq vasitəsilə anında yoxlanış aparılacaq və müsbət cavab almış müştərilər sənədləri “SİMA İmza” ilə imzalayıb krediti dərhal plastik karta köçürəcəklər.

 

Qeyd edək ki, SİMA yeni nəsil rəqəmsal imza ilə həm vətəndaşlar, həm də təşkilatlar xərclərinə və vaxtına qənaət edir. SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı qazandırır. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran rəqəmsal imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.

 

Vətəndaşlar üçün ödənişsiz olan imzanı SİMA tətbiqini mobil cihaza yükləyib qeydiyyatdan keçərək əldə etmək olar.

 

SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu yolda yarımdairə ləğv edilir - VİDEO
Bu yolda yarımdairə ləğv edilir - VİDEO
32 ildən sonra Laçında ikinci dəfə toy çalındı - FOTO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Sumqayıtda meyit tapıldı