Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98270
az

Muhəmməd Peyğəmbərin dünyaya gəlməsi

13:2221 Noyabr, 2023
318
CƏMİYYƏT
  • A

Mənbələr Muhəmmədin Peyğəmbərin ﷺ Fil hadisəsindən 50 gün sonra, Fil ilində Rabiul-Əvvəl ayının on ikisi və ya doqquzu bazar ertəsi günü Məkkədə dünyaya gəlmişdi. Bu, miladi təqvimlə 20 aprel 571-ci ildə baş vermişdir.

Rəvayət edilir ki, Allah Elçisinin ﷺ anası Əminə bint Vəhb danışırmış ki, o, Allah Elçisinə ﷺ hamilə olduğu zaman yuxuda ona deyilmişdi: "Sən bu millətin başçısına hamiləsən, onu dünyaya gətirəcəyin zaman: "Ona "bütün həsəd aparanların şərindən tək olan Allaha sığınıram!" söyləyərsən, adını da Muhəmməd qoyarsan". (İbn Hişam, 1/293. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1545, 1925). Peyğəmbər ﷺ özü belə buyurmuşdur: "Allah dərgahında mən peyğəmbərlərin sonuncusu olaraq yazılmışam. Adəm torpaqdan yaradılıb. Mən İbrahimin duasıyam. Qardaşım İsanın müjdəsiyəm. Anam məni dünyaya gətirəndə bətnindən Şamda olan qəsrləri işıqlandıran bir nur çıxdığını görmüşdür". (Əhməd, 17163, 17203, 17295. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2085).
Həssan ibn Sabit demişdir: "Allaha and olsun ki, mən yeddi-səkkiz yaşında ağlı kəsən uşaq idim və hər bir şeyi dərk edirdim. Bir bir yəhudinin Yəsrib (Mədinə) qalasının üzərindən uca səslə: "Ey yəhudilər!" deyə qışqırdığını eşitdim. Onun ətrafına toplaşan yəhudilər soruşdular: "Vay halına! Nə baş verib?" O: "Bu gecə peyğəmbərin doğulacağını xəbər verən Əhməd ulduzu görünmüşdür!" bağırdı. Mən Səid ibn Abdur-Rahmən ibn Həssan ibn Sabitdən soruşdum: "Allah Elçisi Mədinəyə gələndə Həssan ibn Sabitin neçə yaşı var idi?" O cavab verdi: "Allah Elçisi Mədinəyə hicrət edəndə Həssan ibn Sabitin altmış, Allah Elçisinin ﷺ isə əlli üç yaşı var idi. Deməli, yəhudinin dediyi sözləri eşidən zaman Həssanın yeddi yaşı olub". (İbn Hişam, 1/196, 295).
Əminə Allahın Elçisini dünyaya gətirdikdən sonra körpənin babası Abdul-Muttalibə belə bir xəbər göndərildi: "Sənin oğul nəvən dünyaya gəlmişdir, gəl ona bax!" Abdul-Muttalib gəlib nəvəsinə baxdı və qonaqlıq verdi. Əminə hamilə olduğu zaman gördüyü yuxunu, yuxuda ona deyilmiş sözləri və hansı adın qoyulmasının əmr olunduğunu Abdul-Muttalibə bildirdi". (İbn Hişam, 1/296).
Rəvayət edilir ki, Adul-Muttalib ticarət üçün Şama getmişdi. O, Şamda rahiblə qarşılaşdıqda rahib ondan soruşur: "Siz hardan gəlmisiniz?" O da: "Məkkədən" cavab verir. Rahib deyir: "Sizin şəhərdən peyğəmbər çıxacaq". Abdul-Muttalib dedi: "Bəs onun adı nə olacaq". Rahib dedi: "Onun adı Muhəmməd olacaq". Abdul-Muttəlib də öz nəvəsinin adını bu səbəblə Muhəmməd qoyur. Onunla səfərdə olan dörd yoldaşı öz uşaqlarının adını Muhəmməd qoyur. Muhəmməd ibn Məsləmə adlı səhabə də bulardan biri olmuşdur. Həmçinin Ərəblərdə uşaqlara əsasən bütlərin və ya kiminsə qulu mənasını verən, Abdul-Uzza, Abdul-Manat, Abdul-Lat, Abdul-Qeys və s. adları qoyardılar. Abdul-Muttalibdən nəyə görə nəvəsinin adını Muhəmməd qoymasını soruşduqda belə bir cavab vermişdi: "İstəyirəm ki, o, səmada da, yerdə də təriflənsin". (əl-Beyhəqi "Dələilun-Nubuvvə" 1/113). Peyğəmbər ərəblərin adəti üzrə anadan olduqdan yeddi gün sonra sünnət olundu. (İbn əl-Qyyim "Zadul-Məad" 1/18).

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan və Türkiyə arasında regional ticarətin davamlılığı müzakirə edildi
Bu qidalarla xərçəng riskini azaltmaq olar - SİYAHI
Laçında ayı bir nəfəri yaraladı, hərbçilər köməyə gəldi -FOTO

Kardaşyan 30 min dollara robot aldı

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Polis 1 gündə 69 kq-dan çox narkotik  aşkarladı