Evizində pozitiv enerji yaratmaq və daha rahat ab-hava qurmaq istəyirsinizsə, otaqlarınızı dekorasiya edərkən dəyərli daşlardan istifadə edə bilərsiniz.
OXU24.COM evinizin pozitiv enerjisini artıracaq daşlarla sizi tanış edir.
Ametist daşı
Lavanda və bənövşəyi rənglərdə olan ametist daşı evdəki neqativ enerjini təmizləyir. Ailə üzvləri üzərində pozitiv təsiri var. Narahatlıq və yorğunluğu özünə çəkir.
Mərcan daşı
Eşqin simvolu olan mərcan daşı ilə düşüncələrinizə pozitivlik qata bilərsiniz. Diqqətin cəmlənməsini gücləndirir və nəzəri götürür. Bəzi dəri xəstəliklərində effektivdir.
Əqiq daşı
Nefrit daşı
Uğur və bərəkət rəmiz olan bu daş qədim zamanlardan bəri aksessuar kimi istifadə edilir. Cəsarət, eşq və sülh məfumlarını özündə birləşdirir. Ürək, böyrək, sinir sistemi və immun sisteminə müsbət təsir edir.
Kəhrəba
Qətranın daşlaşması ilə əmələ gələn kəhrəba xəfif və yumşaq quruluşa malikdir. İstilənəndə elektrik və maqnetik hala gəlir. Şəfa niyyəti ilə istifadə olunan kəhrəba soyuqdəymə, tiroid və badamcıq vəzləri kimi narahatlıqlarda müsbət təsirə malikdir. (publika.az)
ŞƏRHLƏR