Finlandiya sərhəd xidmətinin rəhbəri Pasi Kostamovaara bildirib ki, ölkə hakimiyyəti Rusiya ilə bütün sərhədi bağlaya bilər.
Oxu24.com Bu barədə Finlandiyanın “İlta-Sanomat” qəzeti məlumat yayıb.
Sərhəd xidməti rəhbərinin sözlərinə görə, zərurət yaranarsa, Finlandiya hökuməti müvafiq qərar qəbul edərsə, Rusiya Federasiyası ilə bütün sərhədi bağlamaq da “mümkündür”.
Noyabrın 20-də Rusiya Xarici İşlər Nazirliyi Finlandiyanın Rusiya Federasiyasındakı səfiri Antti Helantereyə Finlandiya hakimiyyətinin sərhəddəki keçid məntəqələrini bağlamaq qərarı ilə bağlı etiraz edib.
Xarici İşlər Nazirliyinin bəyanatına görə, keçid məntəqəsinin bağlanması qərarı on minlərlə Rusiya vətəndaşının hüquqlarını pozub.
Bundan əvvəl Finlandiya hökuməti vəziyyətin dəyişəcəyi təqdirdə ölkənin Nazirlər Kabinetinin Rusiya ilə sərhəddəki keçid məntəqəsinin bağlanması ilə bağlı qərarlarını ləğv edə biləcəyini bildirmişdi.
Finlandiya hökuməti noyabrın 18-dən Rusiya ilə sərhəddəki səkkiz keçid məntəqəsindən dördünü bağlamaq qərarına gəlib. Nazirlər Kabineti aydınlaşdırıb ki, qadağa üç ay müddətinə - 2024-cü il fevralın 18-dək tətbiq edilir.
Finlandiya prezidenti bundan əvvəl Rusiya ilə sərhəddə çətinliklərin olacağını proqnozlaşdırmışdı.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR