Koh Mai Phai adasında bir qrup aqressiv meymun körpəyə hücum edib.
Nəticədə uşaq kəllə sümüyünün sınığı və çoxsaylı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Oxu24.com xəbər verir ki,bu barədə Newsflare portalı məlumat yayıb.
Hadisə noyabrın 14-də Phang Nqa əyalətində baş verib, üç aylıq körpə evdə böyüklərin nəzarəti olmadan ikən qəflətən otağa sinomolgus makaka sürüsü girib.
Heyvanlar uşağın yatağına dırmaşaraq ona hücum ediblər. Meymunlardan biri uşağın başından dişləyib və bu zaman digərləri onun süd şüşəsini götürməyə çalışıblar.
Uşağın qohumu aqressiv meymunları oradan uzaqlaşdıra bilib. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib, xəstəxanada körpəyə açıq kəllə-beyin travması, bədənində dərin yaralar və dişləmələr diaqnozu qoyulub.
Bundan əvvəl meymun moskvalıları Orexovo-Borisovo ərazisindəki evin girişində dişləyib.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR