Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9819
az

Qaxda YANĞIN

21:2211 Fevral, 2019
940
KRİMİNAL
  • A
Qax rayonunda sauna yanıb.

"Oxu24.com"un məlumatına görə, yanğın axşam saatlarında rayonun Qum kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini Fərid İbrahim oğlu Həşimova məxsus, ümumi sahəsi 130 kv.metrlik saunanın 25 kv.metr tavan hissəsi yanıb.

Yanğının söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin Qax rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Saunanın ətrafında olan tikililər yanğından mühafizə olunub. Yanğının saunada olan odun sobasından baş verdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
Kəlbəcərdə usta 4-cü mərtəbədən yıxıldı
Bakıda “Prado” ilə avtoşluq edən şəxs həbs olundu