Slovakiya Aİ-nin Rusiyaya qarşı sanksiyalarının on ikinci paketinə atom elektrik stansiyaları üçün nüvə yanacağının daxil edilməsini dəstəkləmək niyyətində deyil.
Oxu24.com xəbər verir ki,bu barədə Slovakiya televiziyasının efirində ölkənin Xarici və Avropa İşləri naziri Yuray Blanar bildirib.
"Bizim üçün qırmızı xətt ondan ibarətdir ki, orada nüvə yanacağı olmamalıdır. Atom elektrik stansiyalarımız hələ də alternativ yanacağına keçə bilmir. Bu, yoxdur, qətiyyən ola bilməz” deyə o bildirib.
Bundan əvvəl Avropa diplomatiyasının rəhbəri Josep Borrell Aİ-nin növbəti sanksiyalar paketinin bir hissəsi olaraq Rusiyadan olan 120-dən çox fiziki və hüquqi şəxsə məhdudiyyətlər tətbiq etməyi təklif edib.
Təşkilatların konkret adları və adları göstərilmir, lakin məhdudiyyətlərin Rusiyanın hərbi və müdafiə sənayesinə, eləcə də İT sektoruna təsir edəcəyi güman edilir.
12-ci sanksiyalar paketinin layihə variantı artıq Aİ tərəfindən təsdiqlənib.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR