Minlərlə insan etiraz etmək üçün İspaniya bayraqları ilə Madrid küçələrinə çıxıb.
Oxu24.com xəbər verir ki,bütün bunlar İspaniya Sosialist İşçi Partiyasının lideri Pedro Sançesin yenidən ölkənin baş naziri seçilməsi, eləcə də Kataloniya separatçılarına amnistiyaya görə baş verib.
Madridin mərkəzində minlərlə ispaniyalı baş nazirə və amnistiya qanununa etiraz edir.
Mitinqin əsas səbəbi Kataloniyanın ayrılması ilə bağlı cinayət törətmiş şəxslərin “cinayət, inzibati və mühasibat məsuliyyətini” aradan qaldıran amnistiya qanunu olub.
Polis rəsmiləri mərkəzi Cibeles meydanında keçirilən etiraz aksiyasına 170 minə yaxın insanın toplaşdığını bildirib. Lakin aksiyanın təşkilatçıları nümayişə bir milyona yaxın ispaniyalının çıxdığını bildiriblər.
“Mənim adımdan deyil: azadlıq, birlik və bərabərlik üçün amnistiya, öz müqəddəratını təyin etmə!”, “Sançes, istefa ver”, “İspaniya satılmır!” – Madrid küçələrində belə şüarlar səslənib.
Mitinq iştirakçıları cümə axşamı Deputatlar Konqresində keçirilən səsvermədə dəstəklərini təmin etmək üçün regional separatçı partiyalarla müqavilə bağlayan PSOE-nin əleyhinə də çıxış ediblər. İştirakçılar hakimiyyətin Kataloniya separatçılarına güzəştə getməsindən, ölkənin demokratik dəyərlərini və konstitusiyasını təhdid etməsindən şübhələnirlər.
"Demokratik hökumət öz mənfəəti üçün cinayətkarlara necə güzəştə gedə bilər? Seçki kampaniyası zamanı Sançes heç kimə belə bir ssenarinin ola biləcəyi barədə xəbərdarlıq etməyib. O, öz seçicilərini aldadıb", - etirazçılardan biri RİA Novosti-yə bildirib.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR