San-Fransiskoda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinə qarşı etiraz aksiyalarında iştirak etdiyinə görə 80-dən çox adam saxlanılıb.
Oxu24.com xəbər verir ki, bu barədə San-Fransisko Fövqəladə Hallar Mərkəzi açıqlama yayıb.
Onlar bildirib ki, bu şəxslər Bay körpüsündə baş verən nümayişlə bağlı saxlanılıb,
29 avtomobil təxliyə edilib.
Saxlanılanlar artıq sərbəst buraxılıb. 5 nəfər həbs edilib.
San-Fransisko meri London Bredin ofisi bildirib ki, etirazlar əsasən dinc xarakter daşıyır və APEC-in əsas tədbirlərinə müdaxilə edə bilməz.
Öz növbəsində APEC-ə Yox Koalisiyasının nümayəndəsi Vil Viltşko əmin olduğunu bildirib ki, etirazçılar qarşılarına qoyduğu bir sıra məqsədlərə nail olublar. Onun fikrincə, etirazçılar gənclərin hakimiyyətin onların maraqlarını təmsil etməsindən narazı olduğunu açıq şəkildə ifadə edə biliblər.
Etirazçılar siyasətlərin işlənib hazırlanması və müzakirəsi zamanı təkcə korporasiyaların və onların rəhbərlərinin maraqlarının nəzərə alınmaması barədə mesaj göndəriblər.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR