Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98111
az

Silahlı quldurlar Moskvada kassirlərdən 300 milyondan çox pul oğurlayıb

22:0617 Noyabr, 2023
230
DÜNYA
  • A

Moskvanın mərkəzində bank filialının yaxınlığında kassirlərə silahlı basqın zamanı quldurlar tərəfindən 300 milyon rubldan çox pul oğurlanıb.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə REN TV-dəki mənbə məlumat verib.

 

“Oğrular bütün məbləği götürə bilməyiblər, 7 milyon pul qoyublar”, - mənbə bildirib.

 

Paytaxtın polis idarəsindən bizə bildirdilər ki, hücum edənlər “Mercedes”lə qaçıblar.

 


“Noyabrın 17-də saat 19.30 radələrində Presnenski Val küçəsində naməlum şəxslər iki vətəndaşı tapançaya bənzər əşya ilə hədələyərək, onların istiqamətinə bir neçə dəfə atəş açıb və  çantanı oğurlayıblar”, - deyə idarədən bildirilib.

 

Hücum nəticəsində bir nəfər yaralanıb.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Orada şiddətli döyüşlər gedir: sülhməramlılar ölüb
Makronun reytinqləri rekord səviyyəyə enir
İbrahim Kalın Suriya lideri Əhməd əl-Şaraa ilə görüşdü -FOTO/VİDEO