Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98110
az

İsrail Qəzzada bir məktəbi yenidən bombalayıb

22:0017 Noyabr, 2023
217
  • A

İsrail ordusu  Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərində məktəbi hədəfə alıb.
 

Oxu24.com Türkiyə mediasına istinadən  xəbər  verir  ki,İsrail Qəzza zolağına qarşı hücumların 42-ci günündə bölgənin şimal və cənubunda bir çox nöqtəni qurudan və havadan bombalayıb.

 

Qəzzanın şimalındakı hücumlar Cibaliya Qaçqınlar Düşərgəsi, Beyt Lahiya və Qəzza şəhərinə yönəlib.

 

Fələstin dövlət televiziyası və rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail ordusu Qəzza şəhərinin cənubundakı Zeytun rayonunda köçkünlər üçün sığınacaq mərkəzinə çevrilən Əl-Fəlah məktəbini bombalayıb. Hücum zamanı çoxlu sayda ölən və yaralananın olduğu bildirilib.

 

Cibaliya Qaçqınlar Düşərgəsi və Beyt Lahiyaya da həm havadan, həm də qurudan artilleriya atəşi ilə hücumlar həyata keçirilib.

 

Müəllif:Nigar 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəisinin helikopterini azərbaycanlılar tapıb - VİDEO
Polşada Rusiyaya
ABŞ BCM-nin Netanyahunun həbsinə order verməsinə icazə verməyəcək