Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98105
az

Finlandiya Rusiya ilə sərhədini tamamilə bağlamağa hazırlaşır

21:3317 Noyabr, 2023
203
DÜNYA
  • A

Finlandiya Daxili İşlər Nazirliyi Rusiya Federasiyası ilə sərhədin tamamilə bağlanması ilə bağlı qanun layihəsi hazırlayır.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə MTV3 kanalı mənbələrə istinadən məlumat yayıb.

 

“Bizdə olan məlumata görə, Daxili İşlər Nazirliyi artıq bütün şərq sərhədinin bağlanması ilə bağlı qərar hazırlayır. Bu, sığınacaq axtaranların Finlandiyaya marşrutunun dəyişdiyi və onların sayının artacağı halda ehtiyat tədbir kimi həyata keçirilir”, – jurnalistlər deyir.

 

Qeyd olunur ki, hələlik yeni tədbirlərin görülməsinə ehtiyac yoxdur, ona görə də Finlandiya Dövlət Şurası həftə sonları əlavə iclas keçirmir.

 

Noyabrın 16-da Finlandiyanın baş naziri Petteri Orpo qaçqınlarla bağlı vəziyyətlə əlaqədar Rusiya ilə sərhəddə dörd sərhəd keçid məntəqəsinin bağlandığını elan edib.

 

Vaalimaa, Nuijamaa, İmatra və Niirala məntəqələri şənbə günü, noyabrın 18-nə keçən gecə fəaliyyətini dayandıracaq.

 

Kreml Finlandiyanın hərəkətlərini böyük səhv adlandırdı və finlər özləri də sərhəd keçidlərinə qoyulan qadağanın yumşaldılmasına çağıran petisiya təşkil etdilər.

 

Daha əvvəl Finlandiyada Rusiya ilə sərhəddə keçid məntəqəsinin bağlanması qərarının ləğvi şərtini irəli sürüblər.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Modern Diplomacy”: “Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir”
Moskvada Amerika nəşrinin jurnalisti saxlanılıb
Rusiya Ukraynada əcnəbi muzdluların yerləşdiyi yerlərə zərbələr endirib

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı