Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98084
az

Məktəblilər arasında yayılan "Hepatit" virusu nə dərəcə təhlükəlidir? - AÇIQLAMA

15:5817 Noyabr, 2023
1275
TİBB
  • A

"Hepatit A" virusu qaraciyərdə yerləşir və qaraciyərin kəskin iltihabi xəstəliyini törədir.

OXU24.COM  xəbər verir ki, bu barədə Trend-in suallarını cavablayarkən infeksionist-hepatoloq Mərdan Əliyev deyib.

O qeyd edib ki, bu zaman qaraciyərdə iltihab baş verir və böyümə ola bilər.

"Xəstəliyin simptomlarına iştahsızlıq, halsızlıq, zəiflik, hərarətin yüksəlməsi daxildir. Uşaqların kollektiv şəraitdə olduqları bağçalarda, məktəblərdə biri digərindən asanlıqla bu virusa yoluxa bilər. Bu virus çirkli əllər vasitəsilə yayılır. Yəni uşaqlar əllərini təmiz yumur və nəsə yedikdə həzm sisteminə daxil olan virus asanlıqla xəstəliyi törədə bilir. Əslində, ağır keçən xəstəlikdir və simpomatik müalicəsi mövcuddur", - deyə o əlavə edib.

Qeyd edək ki, son bir həftə ərzində 6 nəfər (4-ü oğlan, 2-si qız olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib. Onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib.

Onların hər biri Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunub və müalicələri davam etdirilir.

Müraciət edən azyaşlı xəstələrin 1-nin vəziyyəti ağır, 5-nin isə stabil olaraq qiymətləndirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycana tam elektrikli təcili yardım avtomobilləri gətiriləcək
Vüqar Qurbanov bu şöbəyə müdir təyin etdi
Səhiyyə Nazirliyi ÇAĞIRIŞ etdi - 40 yaş üzəri insanlar...

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Məşhur futbolçu saxlanılıb