Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98051
az

Ukraynada Arestoviçə qarşı cinayət işi açıldı

23:4516 Noyabr, 2023
217
DÜNYA
  • A

Polis Ukrayna Prezidenti Aparatının keçmiş müşaviri Aleksey Arestoviçə qarşı cinayət işi açıb.

Bu barədə “Səs” partiyasından olan deputat Natalya Pipa feysbuk səhifəsində məlumat verib.

“Vətəndaş Aretoviç barəsində cinayət işi açılıb. Bu barədə mənə Ukrayna Milli Polisi məlumat verib, mən də sizə məlumat verirəm. Biz kəşfiyyatçının tezliklə (nə qədər şübhəli olsa da) Ukraynaya qayıtmasını gözləyirik”, - deputat yazıb.

Milli Polisdən bildirilib ki, bir qrup xalq deputatının cinayət barədə yalan məlumat verməsi ilə bağlı müraciətindən sonra paytaxt müstəntiqləri cinayət işinə başlayıb. Müstəntiqlər Ukrayna Cinayət Məcəlləsinin 383-cü hissəsi - cinayətin törədilməsi barədə bilərəkdən yalan məlumatla cinayət işi açıblar.

Qeyd edək ki, yayın əvvəlində Lvovda deputat Natalya Pipa ilə küçədə sovet müğənnisi Viktor Tsoyun mahnılarını ifa edən odessalı yeniyetmə arasında münaqişə baş verib. Xalq deputatı oğlana irad tutub, amma o, emosional reaksiya verərək siyasətçiyə nalayiq sözlərlə hücum edib. Deputat polisə müraciət edib. Aleksey Arestoviç oğlanın müdafiəsinə qalıb və sentyabr ayında məhkəmə vasitəsilə o, Dövlət İstintaq Bürosunu Natalya Pipaya qarşı “Ukraynada etnik ədavəti qızışdırmaq” maddəsi ilə cinayət işi açılmasına nail oldu.

Oktyabr ayında 29 nəfərdən ibarət deputat qrupu Aleksey Aretoviçi cinayət əməli barədə bilə-bilə yalan məlumat verməkdə ittiham edərək Milli Polisə kollektiv ərizə verib. Söhbət konkret olaraq onun Natalya Pipaya qarşı ittihamlarından gedir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aİ-dən Rusiya üzərində uçuşlarla bağlı SƏRT QƏRAR
5,8 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
Rusiyada çörəkdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Mağazalarda saxta əskinaslarla alış-veriş edən şəxs saxlanılıb