Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98013
az

Dövlət Xidmətində vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş keçirilib

13:4316 Noyabr, 2023
146
CƏMİYYƏT
  • A

Dövlət Xidmətində vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı dəyirmi masa keçirilib.

Tədbirdə Beynəlxalq Şəffaflıq Təşkilatının Azərbaycan Milli Bölməsi - “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin İcraçı direktoru, "Konsitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov, Media və Mülki  Cəmiyyətə Doğru İctimai Birliyinin sədri Xanoğlan Əhmədov, “Qarabağ Qaziləri” İctimai Birliyinin idarə heyətinin üzvü Rey Kərimoğlu və Beynəlxalq Avrasiya Media-nın baş redaktoru Vüsalə Balayeva iştirak edib.  

Dəyirmi masada Dövlət Xidmətində ictimai iştirakçılığın tətbiqinin genişləndirilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq, korrupsiyaya qarşı mübarizə ilə bağlı ictimaiyyətin məlumatlılığının artırılması məsələləri müzakirə edilib.

Görüşdə Milli Fəaliyyət Planının aidiyyəti bəndlərinin icrası haqqında ətraflı məlumat verilib, o cümlədən Xidmətdə korrupsiya ilə mübarizə sahəsində görülən işlər diqqətə çatdırılıb. 

Tədbir qarşılıqlı diskussiya şəklində davam edib və mövzu ilə bağlı vətəndaş cəmiyyəti nümayəndələrinin təklifləri dinlənilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yanğınla bağlı bu küçə bağlandı - DİQQƏT!
Bu çiçəklər gizli duyğulardan xəbər verir - Şəxsiyyət TESTİ
Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi