Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9799
az

Azərbaycanda biabırçılıq! Şəhid məzarı qarət olundu

11:0311 Fevral, 2019
977
CƏMİYYƏT
  • A
 
İkinci Fəxri Xiyabanda dəfn olunan şəhidlərin məzarları bu dəfə də naməlum şəxslər tərəfindən qarət olunub.

Femida.az xəbər verir ki, Aprel şəhidi baş-leytenant Əbu Bəkir İsmayılovun məzarı üzərində olan əklillər, gül dəstələri oğurlanıb. Bu barədə saytımıza məlumatı şəhid pilotun qardaşı Elnur Abdullayev məlumat verib. Onun sözlərinə görə, bu hadisə tez-tez baş verir.

"Fevralın 10-da qardaşımın doğum günü idi. Doğum günündən bir gün əvvəl məzarın üzərinə qızıl güllər düzmüşdük.Səhərsi gün gələndə güllər oğurlanmışdı. Bununla bağlı Yasamal Rayon 28-ci polis bölməsinə də müraciət etmişik.Şəhid məzarından gülləri oğurlayan şəxslər tapılmalıdır. Bu şəhid yaxınlarını çox narahat edir.", deyə şəhid ailəsi öz narazılığını bildirib.

Xatırladaq ki, Baş leytenant Əbu Bəkir İsmayılov özündən başqa mayor Təbriz Musazadə və Urfan Vəlizadə ilə birgə idarə etdiyi Mi-24 helikopteri ilə 2016-cı ilin aprel ayında Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid oldu. Onların nəşi aprelin 10-u neytral ərazidən götürülüb. Əbu Bəkir İsmayılov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
Xərçəng xəstəliyinin müalicəsində inqilabi İRƏLİLƏMƏ - Fərdi vaksin hazırlandı
Bakıda COP29-un keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü