İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail HƏMAS-ın hərbi qanadının bütün üzvlərini harada gizlənsələr, tapıb məhv edəcək, həmçinin oktyabrın 7-də bütün girovları geri qaytaracaq.
Oxu24.com xəbər verir ki,İsrail ordusunun Qəzza yaxınlığındakı təlim bazasına səfəri zamanı Netanyahu vurğulayıb ki, İsrail qüvvələri zolağın hər küncündə hər bir Həmas üzvünə çatacaq.
“Qəzzada çatmadığımız yer yoxdur. ...Biz ora çatacağıq, HƏMAS-ı məğlub edəcəyik və girovlarımızı evə gətirəcəyik - bunlar bizim iki müqəddəs missiyamızdır”, - İsrailin baş naziri bildirib.
“The Times of Israel” yazır ki, İsrailin keçmiş müdafiə naziri və ölkənin fövqəladə hallar hökümətinin indiki üzvü Benni Qantz da qeyd edib ki, İsrail “dünyanın istənilən küncündə” Həmas üzvlərini məhv edə biləcək.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR