Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97983
az

ŞOK QƏRAR! Bu ölkənin prezidentinin həbsi barədə order verildi

20:3115 Noyabr, 2023
188
DÜNYA
  • A

Fransa məhkəməsi Bəşər Əsədin insanlığa qarşı cinayətlərdə və müharibə cinayətlərində şərik olduğunu əsas gətirərək onun həbsinə order verib.
 

Oxu24.com xəbər  verir  ki,Fransa mətbuatında yer alan xəbərə görə, 2013-cü ildə Suriyanın Şərqi Quta bölgəsində 1400 mülki şəxsin ölümü ilə nəticələnən kimyəvi hücumla bağlı Əsəd haqqında həbs qərarı çıxarılıb.

 

Məhkəmə Əsədi 2013-cü ildə Şərqi Qutada kimyəvi hücumlarda insanlığa qarşı cinayətlərdə və hərbi cinayətlərdə iştirakda ittiham edib.

 

Məhkəmənin həbs qərarı çıxaranlar arasında Əsəddən başqa qardaşı Suriya ordusu 4-cü diviziya komandiri Mahir Əsəd və iki silahlı qüvvələrin generalı da var.

 

Paris məhkəməsi 2013-cü ildə 2021-ci ildə kimyəvi hücumlarla bağlı istintaqa başlayıb.

Hüquqi araşdırma Suriya Media və İfadə Azadlığı Mərkəzi (SCM), vəkillərdən ibarət Açıq Cəmiyyət Ədalət Təşəbbüsü (OSJI) və Suriyada insan haqları pozuntularını qeydə alan Suriya Arxivinin şikayəti əsasında açılıb.

Şərqi Quta qırğını

Suriya rəhbərliyi 21 avqust 2013-cü ildə paytaxt Dəməşqin Şərqi Quta bölgəsində kimyəvi silahdan istifadə edərək 1400-dən çox dinc sakini qətlə yetirib.

Qırğın zamanı əksəriyyəti qadın və uşaq olmaqla minlərlə dinc sakin də zəhərli qazlardan təsirlənib.

Şərqi Quta Suriya administrasiyasının 2018-ci ildə ən sərt blokada tətbiq etdiyi və demək olar ki, bütün silahlardan istifadə etdiyi bölgə oldu.

Bölgədəki müxaliflər Dəməşq rəhbərliyi və Rusiya ilə bağladıqları məcburi razılaşma nəticəsində 2018-ci ilin aprelində Şərqi Qutanı boşaltmalı olub.

5 illik mühasirədən çıxan dinc sakinlər hazırda ölkənin şimalında müxalifətin nəzarətində olan ərazilərdə sağ qalmaq üçün mübarizə aparır.

Suriya İnsan Haqları Şəbəkəsinin hesabatına görə, Dəməşq rəhbərliyi Suriyada vətəndaş müharibəsi başlayandan sonra müxalifətin nəzarətində olan yaşayış məntəqələrinə 217 kimyəvi silah hücumu həyata keçirib.

 

 

Müəllif:Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Estoniya Rusiya aktivlərini necə satacağına qərar verib
Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib
Putin Slovakiyanın baş naziri Fikoya sui-qəsd cəhdini dəhşətli adlandırıb

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi