Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97979
az

Xanım Qafarovanın qızı: “Anamın öldüyünü 4 il məndən gizlədiblər” - VİDEO

20:0715 Noyabr, 2023
207
CƏMİYYƏT
  • A

"Anamın öldüyünü 4 il məndən gizlətdilər. Amma onun öldüyünü əlbəttə ki, hiss edirdim. Çünki anam Türkiyədə müalicə aldığı vaxtlar onunla telefonda zəngləşirdik, xəbər tuturduq. Amma bu illər ərzində nə qədər anama zəng etsəm də onun nömrəsinə zəng çatmır deyilirdi". 

OXU24.COM bildriir ki, bu sözləri Əməkdar artist Xanım Qafarovanın qızı Gövhər "O üz" verilişinə müsahibəsində deyib. 

Mərhum aktrisanın qızı anası ilə bağlı xatirələrini dilə gətirib: 

"Son iki ildə anam tez-tez mənə "Səncə mən öləcəyəm?" sualını verirdi. And içdi ki, mən ölməyəcəyəm. Düzdür, onun ağrılarını görürdüm, amma yenə də Allaha yalvarırdım ki, anam sağ qalsın. O dünyasını dəyişəndən sonra şəkilləri ilə danışırdım. Onun adına layiq olmağa çalışırdım deyə dərslərimi yaxşı oxuyurdum, əla qiymətlər alırdım". 

Qafarovanın övladı anasının itkisi ilə barışa bilmədiyini və bu səbəbdən acı çəkdiyini vurğulayıb: 

"Uşaqları anaları ilə görüb, dərdləşəndə, ailəsi ilə oturub söhbət edəndə mənə çox ağır gəlir. Adicə sinif yoldaşlarım ailələri haqda danışanda çox üzülürəm, amma bildirmirəm, gözüm dolur. Sonra gəlib evdə tək-tənha ağlayıram.

İstəmirəm nə xalam, nə dəki nənəm bunu görsün. Hətta onları da qoymuram ağlasınlar ki, birdən anamın ruhu üzülər. Amma özümə çox ağırdır". 

Qeyd edək ki, 2009-ci ildən bəri süd vəzi xərçəngindən əziyyət çəkən Xanım Qafarova 8 il əvvəl iyulun 11-də dünyasını dəyişib.  

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mehriban Əliyeva: "Uca Tanrı doğma Azərbaycanımızı daim qorusun"
Bu gün Azərbaycanda Zəfər Günüdür
Bayram günlərində hava necə olacaq? -PROQNOZ

Yumurtanı belə yeməyin: Faydadan çox zərər verir

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Rus ordusuna qarşı vuruşan erməni görün harada ələ keçirildi (VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Kartof qabığı görün nəyə dərman imiş — Dəmləyib için!
Göyçayda 3 otaqlı ev yanıb