Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97974
az

21 yaşlı Fatimə Ermənistanda saxlanıldı

19:1415 Noyabr, 2023
269
CƏMİYYƏT
  • A

Ermənistanda məişət zorakılığından qaçan 21 yaşlı İnquşetiya sakini saxlanılıb.

OXU24.COM  xəbər verir ki, insan hüquqları üzrə ekspert Svetlana Anoxinanın sözlərinə görə, təhlükəsizlik qüvvələri Zurabovanın müvəqqəti yaşadığı mənzilə gəlib. Onu İrəvandakı polis bölməsinə aparıb telefonunu götürüblər. Qeyd edək ki, onun arxasınca İrəvana gələn əmisi Yusup Zurabov və digər dostu vağzalda saxlanılıb.

"Onun hüquqları kobud şəkildə pozulub - onu əmisi ilə birlikdə həbs ediblər, telefonunu əlindən alıb, vəkillə görüşməsinə icazə verməyiblər, Fatimənin saxlanması üçün oğurluq ittihamı irəli sürülür", - deyə hüquq müdafiəçisi bildirib.

Saxlanılan şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına Ermənistana məişət zorakılığının qurbanı kimi gəldiyini izah edib və kömək istəyib. Lakin polislər cavab veriblər ki, cinayət Rusiya ərazisində törədildiyi üçün heç bir şəkildə kömək edə bilməyəcəklər. Hüquq müdafiəçisi bildirib ki, Zurabova daha təhlükəsiz olan polis bölməsində qalır, çünki oradan çıxandan sonra İnquşetiyaya aparıla bilər.

Eyni zamanda, İrəvan polisi onun əmisinin təhdidləri ilə bağlı ifadəsini qəbul etməkdən və məişət zorakılığı təhlükəsi barədə sənəd verməkdən imtina edib. Onsuz qız sığınacağa qəbul edilməyəcək. Zurabovanın əmisi isə Fatiməyə kömək edən hər kəsi hədələyib.

Qeyd edək ki, Fatimə Zurabova sentyabrın sonunda hüquq müdafiəçilərinə müraciət edib. O, ailədə sistematik olaraq döyüldüyünü deyib. O, İnquş cəmiyyəti üçün uyğn olmayan davranışa və ailə üzvlərinin fikirləri ilə razılaşmadığına, eləcə də itaətsizliyinə görə döyüldüyünü vurğulayıb. Noyabrın 8-də o, işə getmək bəhanəsi ilə evdən çıxa bilib, bundan sonra Svetlana Anoxinanın dəstəyi ilə Ermənistana uçub. Hüquq müdafiəçiləri bildiriblər ki, bir neçə gün sonra dayısı Yusup Zurabov onu götürməyə gəlib və bacısı qızının axtarışı üçün ərizə verib.

Məişət zorakılığı Şimali Qafqazın sistemli problemlərindən biridir. Yerli qadınlar ərləri və digər ailə üzvləri tərəfindən ciddi şəkildə zorakılığa məruz qalırlar. Bir qayda olaraq, polis belə hallara məhəl qoymur, cinayət işi başlansa da, məhkəmələr minimum cəzalar təyin edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fidan: "Cənubi Qafqazda sülhün təmin edilməsinin son mərhələsindəyik"
DİN-dən diplomsuz plastik cərrahlarla bağlı açıqlama -“Cəzalar olacaq”
Bakıda ağlagəlməz xidmət: ödənişlə qulaq sındırırlar - QİYMƏTLƏR

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Binəqədidə pul və qızıl-zinət  əşyaları   oğurlandı