Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97972
az

Moldova ölkənin Rusiyaya qarşı sanksiyalara münasibətinə aydınlıq gətirib

18:4015 Noyabr, 2023
169
DÜNYA
  • A

Moldova hökuməti Rusiyaya qarşı iki məhdudlaşdırıcı tədbirlər paketinə qoşulma imkanlarını araşdırır.

 

Oxu24.com xəbər verir  ki,Moldova Xarici İşlər Nazirliyinin rəhbəri Nikolae Popesku deyib, 

 

Onun sözlərinə görə, Kişinyov təhlükəsizlik məqsədilə anti-Rusiya sanksiyaları ilə bağlı qərarlar qəbul edir.

 

“Hələ də Moldova Respublikasına iqtisadi təsir üçün təhlil edilən bəzi sanksiyalar paketləri var. Məqsədimiz ölkənin sabitliyini və təhlükəsizliyini qorumaqdır. Moldovanın sanksiyalar paketlərinə qoşulması üçün bütün tədbirlər təhlil edilir.

Rusiya Federasiyasından olan vətəndaşlara və ya hüquqi şəxslərə bu və ya digər şəkildə təsir edən altı sanksiya paketi mövcuddur. Bu mərhələdə Moldova dörd paketə qoşuldu”, - deyə Popesku izah edib.

Hələ 2020-ci ildə şərti olaraq Qərbyönlü Fəaliyyət və Həmrəylik partiyasının lideri Maia Sandu Moldova prezidenti oldu.

Siyasi qüvvə bir il sonra növbədənkənar seçkilərdən sonra parlamentdə çoxluq qazanmağa və Avropa İttifaqı və ABŞ-la yaxınlaşma siyasətini gücləndirməyə nail oldu. 2022-ci ildə Moldova Ukrayna ilə birlikdə Aİ-yə üzv olmaq üçün namizəd statusu alıb.

 

Ukrayna münaqişəsi zamanı Kişinyov “Rusiya təhlükəsi” haqqında danışmağa və MDB ilə əlaqələri azaltmağa başladı.

 

Xüsusilə, 2023-cü ilin mayında Sandu Rusiyanı Moldova hakimiyyətini “devirmək” cəhdində ittiham etdi.

 

Eyni zamanda, müxalifət, o cümlədən keçmiş prezident İqor Dodonun Sosialist Partiyası hesab edir ki, dövlət rəhbərliyi “Qərb kuratorlarının” sifarişi ilə hərəkət edir.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əsədin sarayından elə dərmanlar tapıldı ki...
İsveçrənin yeni prezidenti o seçildi
Kiyevin tələbi ilə təcili iclas keçirəcək

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Bakıda qadın dəm qazından   boğulub   öldü