Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97964
az

İsmayıllıda 5 kəndi təmin edən su anbarı niyə quruyur? - AÇIQLAMA

16:0015 Noyabr, 2023
294
  • A

İsmayıllı rayonundakı Aşıqbayramlı su anbarında su əhəmiyyətli dərəcədə azalıb.

OXU24.COM  xəbər verir ki, bu barədə Trend-ə rayon sakinləri məlumat verib.
 

Məsələ ilə bağlı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib ki, torpaq məcralı kanallar beton üzlüyə alınır.

"Suvarma mövsümü qutardığından anbarda iş gedir. Bu səbəbdən də anbara su verilə bilmədiyindən su azalır. Başqa bir səbəb isə yol çəkilişi ilə əlaqədar boru xətlərinin yerləri dəyişməsi və yenilərinin qoyulmasıdır. Bununla bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinə məlumat verilib. Növbəti ayın 15-də anbara su veriləcək", - deyə o qeyd edib.

Qeyd edək ki, Aşıqbayramlı su anbarı İsmayıllı rayonu ərazisində İvanovka kəndi yaxınlığında yerləşir. Dəvəbatan çayının yatağında yerləşir. Dəvəbatan çayının suyunu bənd vasitəsilə saxlamaq üçün yaradılmış bu göl 1951-ci ildə istifadəyə verilob. Göyçay rayonunun pambıq tarlalarını suvarmaq üçün istifadə olunur. Adını yaxınlığındakı eyniadlı kənddən alıb. Su anbarı 5 kəndi suvarma suyu ilə təmin edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Salyan heyvasının sağlamlığa hansı faydaları var? -VİDEO
Paşinyandan silahlanma ilə bağlı XƏBƏRDARLIQ: "Digər yol bizi məhvə aparır"
Trampı öldürməklə hədələyən şəxs HƏBS EDİLDİ

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı