Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97937
az

Mənzil növbəsində olan şəxs vəfat etdikdə nə edilməlidir? - HÜQUQİ YARDIM

21:5014 Noyabr, 2023
326
CƏMİYYƏT
  • A

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

 

Sual: Mənzil sahəsinə ehtiyacı olan qismində uçota alınmış əlilliyi olan şəxslər vəfat etdikdə onun mənzil növbəliliyinin saxlanılması üçün hara müraciət edilməlidir?

 

Cavab: Əlilliyi olan şəxsin uçotunun saxlanılması məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə uyğun olaraq vərəsələrin növbəliliyi nəzərə alınmaqla, ailə üzvlərinin birgə razılığı əsasında ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri (bundan sonra - təmsilçi) əlilliyi olan şəxsin vəfat etdiyi gündən etibarən 3 (üç) ay müddətində şəxsin uçota alındığı müvafiq yerli icra hakimiyyəti orqanına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 322 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası"na 1 Nömrəli Əlavədə nəzərdə tutulmuş formada ərizə ilə müraciət edir.

 

Müəllif:Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenko yenidən PREZİDENT SEÇİLDİ
Xaçmazda gənc dostu tərəfindən bıçaqlandı
Əfsanəvi pilotun qəzadan öncəki SƏS YAZISI YAYILDI -İDDİA