Rusiyanın Yekaterinburq şəhərində məktəbli 14 yaşlı sevgilisini və anasını bıçaqlayaraq öldürüb.
Oxu24.com xəbər verir ki,SHOT-un məlumatına görə, noyabrın 14-də axşam oğlan dərsdən sonra sevgilisini ziyarətə gəlib, lakin bir anda cütlük arasında dava düşüb.
Yeniyetmə bıçaq götürərək səkkizinci sinif şagirdinə hücum edib. Ona amansızlıqla üç dəfə - boyun və kürəyinə zərbələr endirib. Qız qan itkisindən dünyasını dəyişib.
Lakin bundan sonra gənc qatil “izlərini örtmək” qərarına gəldi. O, mərhumun 62 yaşlı anasının işdən qayıtmasını gözləyib və onu da bıçaqlayaraq öldürüb.
Bundan sonra orta məktəb şagirdi qətlə yetirilən qadının bank kartını götürərək mənzili bağlayıb və dostu ilə gəzintiyə çıxıb.
Polis artıq qətli törədən şəxsi saxlayıb.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR