Misir hakimiyyəti İsraili Fələstinin HƏMAS hərəkatının oktyabrın 7-də yəhudi dövlətinə hücum zamanı əsir götürdüyü bir neçə girovu yaxın günlərdə azad edəcəyi barədə məlumatlandırıb.
Oxu24.com xəbər verir ki,bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, İsrail girovların birinci qrupu azad edilənə qədər hər hansı formada atəşi dayandırmaqdan və Qəzza zolağına yanacaq verməkdən imtina edib.
Bundan əvvəl Fələstinin HƏMAS hərəkatının nümayəndələri İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında Əl-Şifa xəstəxanası ətrafında apardığı əməliyyatlara görə girovlarla bağlı danışıqları dayandırıb.
İsrailin baş naziri Benyamin Netanyahu CNN telekanalına müsahibəsində bildirib ki, ölkə hakimiyyəti Qəzza zolağında mülki əhalinin itkilərini minimuma endirməyə çalışır.
Oktyabrın 7-də Fələstin HƏMAS hərəkatı İsrail ərazisinə bir neçə min raket ataraq Əl-Əqsa tufanı əməliyyatının başladığını elan edib.
Bundan əvvəl İsrail prezidenti İsaak Hersoq HƏMAS-ın komanda mərkəzinin Qəzza zolağının mərkəzi xəstəxanasının altında yerləşdiyini bildirib.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR