Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97806
az

Bayden ABŞ və Çin hərbçiləri arasında əlaqələri bərpa etmək niyyətindədir

19:5512 Noyabr, 2023
146
  • A

ABŞ prezidenti Co Bayden ABŞ və Çin hərbçiləri arasında əlaqələri bərpa etməkdə qərarlıdır.

 

Oxu24.com xəbər verir  ki,bunu CBS telekanalının efirində Amerika liderinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

 

San-Fransiskoda APEC sammiti çərçivəsində Bayden və Çin Prezidenti Si Cinpinq arasında noyabrın 15-də keçiriləcək görüşə münasibət bildirən Sullivan, ABŞ rəhbərinin aşağıdakı açıqlamalar verə biləcəyi ilə bağlı özünü qabaqlamaq istəməyəcəyini  bildirib.

 

“Lakin onu deyim ki, prezident hərbçilər arasında əlaqələri bərpa etməkdə qərarlıdır”, – TASS onun sözlərindən sitat gətirir.

 

Bayden bunun ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğun olduğuna inanır, köməkçi əlavə edib. Milli təhlükəsizlik isə ABŞ prezidenti üçün prioritet məsələdir.

 

Ağ Evin sözçüsü izah edib ki, Baydenin sözlərinə görə, Vaşinqton və Pekin arasında rəqabətin münaqişəyə çevrilməməsi üçün hərbçilər arasında ünsiyyət zəruridir.

 

Bundan əvvəl məlum olmuşdu ki, Kaliforniyada Çin prezidenti Si Tszinpinlə şam yeməyi veriləcək, orada onun “köhnə dostları” gələcək.

Bloomberg-in məlumatına görə, bu insanlar gələcək Çin lideri ilə 38 il əvvəl Hebey əyalətindən qida sənayesi nümayəndə heyətinin rəhbəri kimi ABŞ-a gələndə tanış olublar.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

93 yaşlı Ruhi Dədənin sağlam həyat sirri: 3 qızıl qaydası var
Türkiyədə partiya sədri saxlanıldı
Qəzzada ölənlərin sayı 47 mini keçdi

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Bakıda 49 yaşlı kişi       sevincdən       öldü