Fransa Respublikanın İqtisadiyyat, Maliyyə, Sənaye və Rəqəmsal Suverenlik naziri Bruno Le Maire ölkədə inflyasiyanın 2024-cü ildə iki dəfə azala biləcəyini bildirib.
Oxu24.com xəbər verir ki,bu barədə Radio France Inter məlumat yayıb.
Nazirin sözlərinə görə, ölkədəki inflyasiya böhranı arxada qalıb.
“Mən bunu təsdiq edirəm. 2024-cü ildə inflyasiyamız 2%-dən bir qədər yuxarı olacaq, biz normala dönəcəyik”, - deyə Le Maire bildirib.
O əlavə edib ki, 1970-ci illərdə hökumətə böhranı həll etmək üçün iki il lazım olub. Fransa 10 ildir ki, bahalaşma ilə mübarizə aparır.
Le Maire əlavə edib ki, enerji qiymətlərinin artması və Yaxın Şərqdəki münaqişə kimi risk faktorları inflyasiyanın azalmasına təsir göstərə bilər.
Bundan əvvəl baş nazir Elizabet Borne Le Parisien qəzetinə demişdi ki, Fransa hökuməti ölkədə inflyasiyanı cilovlamaq üçün özünə zərər vurmaqla yanacağın satışına icazə verməyi planlaşdırır.
Bundan əvvəl Nigerdə Fransa səfiri diplomatik toxunulmazlığından məhrum edilib.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR