Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
978
az

Hüseyn Bağırov kollektivlə vidalaşdı

15:0623 Aprel, 2018
860
SİYASƏT
  • A
 Məlum olduğu kimi, prezident İlham Əliyev aprelin 21-də hökumətin yeni tərkibini təsdiqləyib. Kabinetdə indiyə qədər nazir postu tutan bir çox şəxslər yer almayıb. Onların yerinə hələ ki, təyinat olmasa da, həmin şəxslərin çalışmayacaqları dəqiqdir. Köhnə nazirlərdən bir çoxunun başqa sahələrdə vəzifə tutacağı gözlənilsə də, bəzilərinin isə artıq hökumətdə təmsil olunmayacağı bildirilir.

Oxu24.com xəbər verir ki, sözügedən nazirlərdən biri də Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovdur. O, bir neçə saat əvvəl kollektivlə görüşərək vidalaşıb. Sabiq nazir əməkdaşlara gələcək fəaliyyətlərində uğur arzulayaraq dövlətin bütün tapşırıqlarını yüksək səviyyədə yerinə yetrməyi tövsiyə edib.

Məlumatlara görə, Bağırov səhhətindəki problemlərlə əlaqədər məhsuldar fəaliyyət göstərə bilməyəcəyini açıqlayıb.

Onu  da əlavə edək ki, yeni kabinetdə təyinat həyata keçirilməyən nazirliklərlə bağlı böyük bir hökumət planı mövcuddur. Bu sahədə ciddi struktur islahatların aparılmasına başlanılıb. Məhz həmin qurumlara nazir təyinatının baş tutmaması da aparılan islahatlarla bağlıdır.

Dəqiq açıqlanmasa da, bir çox dövlət qurumlarının ləğv olunacağı, oxşar sahələri əhatə edənlərin isə birləşdiriləcəyi gözlənilir.
Bizi Telegramda oxuyun! Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İrəvan Mirzoyan-Bayramov görüşünü təsdiqləməyib? - Qazaxıstan XİN-dən AÇIQLAMA
Təlxəklərin qurbanı olan Ermənistan yuxudan ayıla biləcək?
Ermənistanda çaxnaşma: Ordu nəzarətdən çıxır

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ