Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97757
az

DƏHŞƏT! Futbolçu oyunda öldü - 18+VİDEO

22:4911 Noyabr, 2023
861
İDMAN
  • A

Albaniyada 28 yaşlı hücumçu və Qana millisinin sabiq üzvü Rafael Dvamena futbol üzrə ölkə çempionatının oyunu zamanı dünyasını dəyişib.

 

Oxu24.com xəbər  verir  ki,Bu barədə Qana Futbol Assosiasiyası məlumat yayıb.

 

Noyabrın 11-də Dvamena "Eqnatiya"nın heyətində "Partizani" ilə qarşılaşsa da, matçın 24-cü dəqiqəsində huşunu itirib.

 

Gələn həkimlər infarkt diaqnozu qoyub idmançını xəstəxanaya çatdırsalar da, futbolçu tibb müəssisəsində dünyasını dəyişib.

 

Dvamena 2023-cü il yanvarın 1-də Eqnatiyaya keçib. Bundan əvvəl o, İsveçrənin “Sürix”, Avstriyanın “Avstriya”, İspaniyanın “Levante” və “Saraqosa” və bir sıra digər klublarda çıxış etməyi bacarıb. Bundan əlavə, Qana millisinin heyətində səkkiz oyun keçirib, iki qol vurub.

 

Bir neçə gün əvvəl Soçidə rusiyalı futbolçu və məşqçi Aleksey Lesin naməlum şəraitdə dünyasını dəyişib. Atasının sözlərinə görə, o, gecə yarısı Qara dənizdə boğulub.

 

 

Müəllif: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Messi Avropaya qayıda bilər
Tulin Ələkbərova: "Özümü öldürmə dərəcəsinə çatmışam"
"Barselona"nın vitse-prezidenti     istefa   verdi