ATƏT Parlament Assambleyasının Prezidenti Pia Kauma, ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kari Henriksen, ATƏT Parlament Assambleyasının Baş katibi Roberto Montellanın rəhbərlik etdiyi nümayəndə heyəti 12-14 noyabr tarixlərində Azərbaycana rəsmi səfərə gələcək.
Bu barədə APA-ya Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev xəbər verib.
Səfər çərçivəsində bir sıra rəsmi görüşlər keçiriləcək, Azərbaycan və ATƏT Parlament Assambleyası arasında əməkdaşlığı, regiondakı hazırkı vəziyyət və digər ikitərəfli məsələlər ətrafında müzakirə aparılacaq.
Oxu24.com
ŞƏRHLƏR