Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97712
az

Federal Təhqiqatlar Bürosu Nyu-York merinin mobil telefonlarını müsadirə edib

09:3011 Noyabr, 2023
200
DÜNYA
  • A

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri Nyu-York meri Erik Adamsın mobil telefonlarını və iPad-lərini müsadirə ediblər.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə New York Times məlumat yayıb.

 

Nəşrin məlumatına görə, FTB əməkdaşları küçədə şəhər rəhbərinə yaxınlaşaraq ondan ən azı iki mobil telefon və bir iPad müsadirə ediblər.

 

"Keçmiş hüquq-mühafizə orqanının əməkdaşı kimi mən bütün əməkdaşlarımdan qanuna əməl etmələrini və istintaqla tam əməkdaşlıq etmələrini gözləyirəm", deyə  Adams bildirib.

Bundan əvvəl təhlükəsizlik qüvvələri Adamsın 2021-ci il seçki kampaniyası üçün vəsait toplayan Brianna Suggsın evində axtarış aparıb. Adams Türkiyə hakimiyyət orqanları da daxil olmaqla, qanunsuz ianələr almaqda şübhəli bilinir.

Sentyabr ayında ABŞ miqrantlarla bağlı açıqlamalarına görə Nyu-York merini “qara Tramp” adlandırmışdı.

Adams əvvəllər demişdi ki, miqrantların şəhərə axını məhəllələrin dağılmasına, eləcə də resursların daha da tükənməsinə səbəb ola bilər.

Bundan əvvəl məlum olmuşdu ki, Nyu-York meri Adamsın evdə siçovulların kütləvi yetişdirilməsinə görə mühakimə olunur.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada miqrant uşaqları ilə bağlı bu qanun  qəbul    edildi
Zibillikdən yemək yeyərək 34 mininə   qənaət   etdi
Qətər tezliklə Suriyada    səfirlik  açacaq

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Binəqədidə pul və qızıl-zinət  əşyaları   oğurlandı