Kişilər də qadınlar kimi kandidoza yoluxa bilirlər. Bu cinsi əlaqə zamanı partnyordan keçə və ya soyuqdəymədən yarana bilər.
Kandidoza səbəb olan göbələklər yoğun bağırsağın və ağızın normal mikroflorasında da mövcuddur.
Mənfi şərtlər altında bu göbələklər aktiv şəkildə çoxalmağa başlayır, nəticədə kişilərdə kandidoz yaradır.
Kişilərdə kandidozun əlamətləri daha az yayılıb. Çünki Candida göbələkləri bədəndə qalmaz, sidik zamanı yuyulur. Kişilərdə kandidanın səbəbləri:
zəif gigiyena;
Çoxsaylı partnyorlar
müxtəlif antibiotiklərin, dərmanların uzun müddət və ya nəzarətsiz istifadəsi;
iqlim zonalarının tez-tez dəyişməsi;
emosional sarsıntılar, stress
Yüksək qan şəkəri
Kişilərdə axıntı – Soyuqdəymədir, yoxsa...?
Kişilərdə kandida adətən penis başını təsir edir, qıcıqlanma, axıntı və qızartıya səbəb olur. Sünnət dərisinin daxili hissəsi şişə bilər. Kandidoz daha çox sünnətsiz kişilərdə olur.
Bunun səbəbi, sünnət dərisinin göbələklərin inkişafı üçün əlverişli olmasıdır.
Kişilərdə kandida simptomları:
sünnət dərisində, həmçinin penis başının üstündə qaşınma, yanma
lezyon yerindən kəsmikə bənzəyən ağ axıntı görünür;
axıntı kəskin bir qoxuya malikdir;
idrar zamanı sperma kimi görünən ağ axıntı var;
cinsi əlaqə prosesi zamanı ağrı
Kişilərdə kandidoz müşahidə edildikdə, bu xəstəliyin simptomları və müalicəsi inkubasiya dövrünün nə qədər tez keçdiyindən asılıdır.
Əsasən, bu dövr 14-21 gün çəkir, bu müddət ərzində göbələklər bədəndə aktiv şəkildə çoxalır.
Oxu24.com
ŞƏRHLƏR