Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda marketin qarşısında 50-55 yaşlı kişinin meyiti tapıldı

KRİMİNAL

609

09.02.2019, 22:35

\"\" Bakıda küçədən meyit tapılıb. Oxu24.com xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib. Fevralın 9-da gecə saatlarında Binəqədi rayonu, Biləcəri qəsəbəsində \"Army Market\"in qarşısında təxminən 50-55 yaşlı naməlum kişi meyiti tapılıb. Meyitin üzərinə baxış keçirilərkən zorakılıq və xəsarət izləri aşkarlanmayıb. Polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, məhkəmə-tibbi ekspertizası təyin edilib. Hazırda meyitin şəxsiyyəti və ölüm səbəbləri araşdırılır.