Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97669
az

Bakıda körpü çöküb? - AÇIQLAMA - VİDEO

17:4210 Noyabr, 2023
179
CƏMİYYƏT
  • A

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi iki küçənin kəşisməsində aparılan təmir işləri barədə daha bir açıqlama yayıb.

Qurumdan verilən məlumata görə, bu gün saat 08:00-dan Bakının Nəsimi rayonunda - Alı Mustafayev küçəsi ilə Ceyhun Səlimov küçəsinin kəsişməsində yerləşən yolötürücüsündə, daha dəqiqi "20 Yanvar" dairəsindən Koroğlu metrosu istiqamətində yolötürücünün Ceyhun Səlimov küçəsi ilə kəsişməsindəki yolayrıcından ayrılan hissədən birinci tunelin girişinə qədər təmir işləri icra olunur:

"Sabah saat 17:00-a qədər davam edəcək təmir işləri ilə əlaqədar sözügedən hissədə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Sosial şəbəkələrdə də körpünün guya çökməsi ilə bağlı yayılan görüntülər məhz təmir işlərindəndir. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər".

Qeyd edək ki, bir neçə gün əvvəl agentlik həmin ərazidə aparılacaq təmir işləri ilə əlaqədar sözügedən hissədə 10 noyabr saat 08:00-dan 11 noyabr saat 17:00-dək nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması barədə məlumat yaymışdı.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu çiçəklər gizli duyğulardan xəbər verir - Şəxsiyyət TESTİ
Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib
Naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi