Türkiyə ABŞ-a Qəzza zolağına buraxılan humanitar yardım maşınlarının sayının gündə 20-30-dan 500-ə qədər artırılmasını təklif edib, Amerika tərəfi buna müsbət cavab verib.
Oxu24.com xəbər verir ki,bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının Daşkənddə keçirilən sammitindən qayıdarkən jurnalistlərə danışıb. Məlumatı Anadolu agentliyi yayıb.
Ərdoğanın sözlərinə görə, ABŞ dövlət katibi Antoni Blinken bu yaxınlarda Türkiyədə olub və orada Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb və o, Blinkenə bir sıra təkliflər verib.
Onların arasında Qəzzaya daxil olan humanitar yardım maşınlarının sayının 500-ə çatdırılması təklifi də var.
"Nazirimiz mənə dedi ki, Birləşmiş Ştatlar bu təşəbbüsə müsbət reaksiya verib. Ümid edirik ki, 500 yük maşını ilə təşəbbüs işləsə, bir qədər rahatlıq gətirəcək. Çünki dərman, qida, xüsusən də su burada təcili ehtiyac var”, - deyə Ərdoğan bildirib.
Ərdoğan həmçinin bildirib ki, Türkiyə Qəzzadan yaralıların çıxarılması üçün dəhliz açmağı hədəfləyir.
Türkiyə lideri qeyd edib ki, HƏMAS dinc sakinləri girov saxlamaqda maraqlı deyil.
Daha əvvəl bildirilmişdi ki, 594 xarici vətəndaş noyabrın 10-da blokadaya alınmış Qəzza zolağından Rəfah keçid məntəqəsi vasitəsilə təxliyə olunmaq üçün siyahıya daxil edilib. Belə ki, siyahıya Qəzza zolağından Rəfah keçid məntəqəsinin qurudan Misirə keçə biləcək 85 Rusiya vətəndaşı var.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR