Noyabrın 10-da 600-ə yaxın əcnəbi vətəndaş Misir sərhədindəki Rəfah keçid məntəqəsi vasitəsilə Qəzza zolağından çıxa biləcək.
Oxu24.com xəbər verir ki,Bu barədə TASS sərhəd xidmətinə istinadən yazır.
Bundan əvvəl Rəfah keçid məntəqəsinin nümayəndəsi Qəzza zolağından ilk 85 rusiyalının təxliyəsi barədə məlumatı təsdiqləyib.
“Cümə günü Rəfah keçid məntəqəsi vasitəsilə Qəzzadan 594 əcnəbi vətəndaş, o cümlədən 85 Rusiya vətəndaşı təxliyə ediləcək”, - deyə o bildirib.
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Qəzza zolağından təxliyə olunmaq üçün siyahıda 300-ə yaxın azyaşlı Rusiya vətəndaşı var.
Noyabrın 8-də məlum olub ki, Fələstinin HƏMAS hərəkatının yaraqlıları əcnəbilərin Qəzza sektorunu tərk etməsinə mane olmur, əksinə, ABŞ və İsrail üçün təxliyə siyahıları tərtib edirlər.
Həmas daha əvvəl bildirib ki, “şərait imkan verdikdə” əcnəbi girovları azad edəcək.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR