Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97622
az

Çexiya Prezidenti: Zaman Rusiyanın xeyrinədir

23:1109 Noyabr, 2023
215
DÜNYA
  • A

Çexiya prezidenti Petr Pavel Ukraynada sülh üçün danışıqları istisna etmir, çünki onun fikrincə, Rusiya işçi qüvvəsi və silah təchizatında üstünlüyə malikdir və bu, ona müharibəni davam etdirməyə imkan verir.


Oxu24.com xəbər verir ki, “Danışıqlar gələn il başlaya bilər, çünki hadisələr Ukrayna tərəfinin hərbi üstünlük əldə edəcəyini göstərmir.

İndi zaman güclü işçi qüvvəsinin səfərbər bazasına malik Rusiyanın xeyrinədir. Vaxt qazanmaqla o, çoxdan çatışmadığı maddi bazanı da doldura biləcək. Biz Şimali Koreyadan böyük tədarüklər görürük, sanksiyalardan yayınmaq cəhdlərini görürük”, - deyə Çexiya prezidenti BBC-dən sitat gətirib.

Onun sözlərinə görə, Rusiyanın müharibəni uzatmağa çalışdığı göz qabağındadır. Eyni zamanda, Çexiya prezidenti əmindir ki, Qərb Ukraynaya dəstəyini davam etdirməlidir.

“Vəziyyət tamamilə müsbət deyil. Ukrayna üçün müsbət odur ki, biz onların tərəfindəyik və məqsədlərinə çatmaqda onlara dəstək olmalıyıq. Öz tərəfimizdən dəstəyimizi davam etdirməkdən başqa çarəmiz yoxdur”, - deyə Çexiya Prezidenti bildirib.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zaxarova Livanda baş verən silsilə partlayışları şərh edib
Qallant Livanda peycerləri partlatmazdan əvvəl Pentaqonla əlaqə saxlayıb
Səhiyyə naziri üzü xəbəri ELAN ETDİ: ölənlərin sayı artır